İnterpress.az xəbər verir ki, ayaq göbələyi əsasən gənc kişilərdə tez-tez rast gəlinən dəri xəstəliyidir. Ömər Coşqunun sözlərinə görə, müalicəsi sadədir, amma inadcıl xəstəlik olduğu üçün öz- özünə yoxa çıxmır:“Ayağınız altında kəpəklənmə, qızartı və quruluq kimi nişanələr ola bilər. Bundan başqa qaşıntı, qızarma, su toplama, soyulma və yarılma da baş verir. Həm də eyni ayaqqabını geymək, bir corabı dəfələrlə yumadan, nəmli-nəmli geyinmək də ayaq göbələyinə səbəb olur”.
Həkim göbələkdən qorunmaq üçün ayağın təmiz, sərin və quru saxlanılmasını əsas şərt kimi göstərib: “Pambıqlı, yun və ya bunlar kimi əmici maddələrdən toxunulmuş corab geyinin”.
Ömər Coşqun ayaq göbələyinə qarşı krem və dərmanlarla yanaşı, xınanı da məsləhət görür: “Xına həm cildə faydalıdır, həm də yanıq, qızartı və soyulmuş bölgələrə əla təsir göstərir. Bir litr suya 5 çay qaşığı xına atın. 20 dəqiqə qaynadın və sonra ilıq olunca göbələkli yerə yaxın. Bunu bir ay müddətində təkrar”.
İnterpress.az