VHP bələdiyyə seçkilərində iştirak edəcəkbackend

VHP bələdiyyə seçkilərində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VHP bələdiyyə seçkilərində iştirak edəcək.

Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29- na təyin olunmuş bələdiyyə seçkilərində iştirak edəcək.

Bu barədə məlumat verən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, artıq partiyanin bələdiyyə seçkiləri üzrə seçki qərargahı fəaliyyətə başlayıb.

O bildirib ki, VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına, ardınca isə yaxın günlərdə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək.

Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.