Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İnterpress.az-a verdiyi məlumata görə qız dəm qazının qurbanı olub.
Hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 17/16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən evə Ukraynadan qonaq gəlmiş 1995-ci il təvəllüdlü Alekseyevna Karina Aleksandrovnanın meyiti tapılıb. Meyit evin hamam otağında aşkarlanıb. Araşdırmalar zamanı qızın dəm qazından öldüyü müəyyən olub.
Qeyd edək ki, ötən gün ərzində paytaxtda 7 nəfər dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
İnterpress.az