Gəncədə arvadlarını öldürən qatilbackend

Gəncədə arvadlarını öldürən qatil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, Vidalət İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.

Qeyd edək ki, Vidalət İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb. ( apa )

Gəncədə arvadlarını öldürən qatil

İnterpress.az