Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” sosial media hesabında yazıb.
“Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik”, – nazir bildirib.