Hadisə Gəncənin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. Şəhər sakini, 1997-ci il təvəllüdlü Şahlar Şahin oğlu Əliyev 1995-ci il təvəllüdlü İmaməddin İmaməli oğlu Hacıyevi bıçaqlayaraq qətlə yetirib.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Məlumata görə, Şahlar Əliyev İmaməddin Hacıyevi bacısının yanında gördüyü üçün bu addımı atıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
İnterpress.az