Bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
“Bu gün tətbiq olunan operatorlararası tarif metodu bazara üçüncü mobil operatorun, yəni “Azərfon” şirkətinin gəlişi ilə əlaqədardır. Lakin hazırda əsas məqsəd vahid tarifin tətbiq olunması üçün operatorlararası tarifin aşağı salınmasıdır”, – deyə nazir bildirib.
Qeyd edək ki, hazırda operatorlararası bağlantının qiyməti 0,02 manat təşkil edir.
İnterpress.az