Aİ üçün Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxmaq daha sərfəlidir – Toivo Klaarbackend

Aİ üçün Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxmaq daha sərfəlidir – Toivo Klaar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ üçün Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxmaq daha sərfəlidir.

İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin Daşkənddəki nümayəndə heyətinin rəhbəri Klaar Kun.uz-a müsahibəsində deyib.

“Özbəkistan prezidenti Mirziyoyev Mərkəzi Asiyaya vahid region kimi baxmağa üstünlük verir və o, beş ölkə arasında maneələrin aradan qaldırılmasının tərəfdarıdır.

Kənar investorlar üçün də regionu vahid bazar kimi görmək daha sərfəlidir və yalnız bu halda onların birgə iqtisadiyyatı daha cəlbedici olacaq.

Bütün regionda fabriklər tikiləcək, investisiyalar asanlaşacaq və ticarət fəallaşacaq. Əgər ölkələr öz aralarında olan maneələri aradan qaldırsa, bu iqtisadiyyata böyük fayda gətirəcək”.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı regionda hər hansı eksklüziv münasibətlərə can atmır:

“Bizim Mərkəzi Asiyada nəyə nail olmaq istəyirik və təkliflərimiz bu ölkələrin də maraqlarına uyğundur”.

Xuraman Etibarlı

İnterpress.az