Hadisə fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada baş verib.
Nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılıb.
İnterpress.az