Sakinlərin bildirdiyinə görə, dəfələrlə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamova, bələdiyyə sədrinə (massiv sakinlər bələdiyyə sədrinin adını bilmir), Şağan kənd icra nümayəndəliyinə müraciət ediblər.
Lakin müraciətlərə heç bir cavab verilməyib. Sakinlər dəfələrlə yolları öz vəsaitləri hesabına təmir etdirsələr də, əsaslə təmir aparılmadığından yağışlı hava qısa müddətdə yolları bərbad vəziyyətə salır.
Elnarə
İnterpress.az