İnterpress.az xəbər verir ki, “Desert Falcons” adlı əməliyyatın qurbanları əsasən Fələstin, Misir, İsrail və İordaniyadandırlar. Zərərçəkənlər arasında digər ölkələrin də nümayəndələri var.
Ərəb hakerləri ümumilikdə 50-dən artıq ölkədən olan 3 mindən çox istifadəçinin hesabına hücum edərək milyondan çox faylı ələ keçirib. Kiberhücuma dövlət idarələri, hərbi qurumlar, aparıcı KİV, energetika firmaları, kommunal təsərrüfatlar, mühafizə şirkətləri, fəallar və siyasi liderlər məruz qalıblar.
İnterpress.az