Hadisələrdən biri Xəqani küçəsində baş verib. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Mirzəyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Digər bir hadisə isə şəhərin şərq girişində, Nizami Gəncəvi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Samit Mirzəyev naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Həkimlər hər iki xəstənin vəziyyətinin orta ağır olduğunu bildirirlər. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az