Kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Əsgərovanın APA-ya verdiyi məlumata görə, sayt bu gün axşam hücuma məruz qalıb: “Saytı dağıdılan qurumlar içində Azərbaycan Rejissorlar Gildiyası da var. Erməni hakerlər dünən kinostudiyanın saytına hücumu edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər. Biz bunu kinostudiyanın son illərdə Qarabağ mövzusuna geniş yer ayırması və beynəlxalq müsabiqələrdə bu filmlərə olan diqqətə qısqanclıq kimi qiymətləndiririk”.
S.Əsgərova qeyd edib ki, hazırda saytın fəaliyyətinin davam etdirilməsi üçün tədbir görülür: “Müvafiq qurumlara müraciət etmişik və ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Bizim saytda böyük bir bazamız var və onu itirmək təhlükəsi ilə üz-üzəyik”.
Qeyd edək ki, azərbaycanlı zabit Ramil Səfərov Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda qətlə yetirib.
İnterpress.az