İnterpress.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Anatoliy Stelmax bildirib. O deyib ki, qoşunların yeni mövqelərə köçürülməsi artıq tamamlanmaq üzrədir: “Ukrayna qoşunlarının planlı şəkildə yerdəyişməsi onu göstərir ki, hansısa mühasirədən söz belə gedə bilməz. Qoşunlarımız daha yeni və əlverişli mövqelər tuturlar”.
Qeyd edək ki, Ukrayna prezidenti Poroşenko Debolçevodan 2475 hərbçinin çıxdığını bildirib.
İnterpress.az