İnterpress.az Güney mətbuatına istinadən xəbər verir ki, 3 gənc yazar İran ETTELAAT-ı tərəfindən saxlanılıb.
Saxlananlar Emin Hacılı, Araz Hassetəraş və İslam Əli Əkbərlidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları 3 yazarın evinə basqın edərək onları naməlum istiqamətə aparıb.
Xatırladaq ki, 2 həftə əvvəl Tehran hava limanında Güney Azərbaycandan olan gənc fəal Əli Rzayi həbs edilib. Bu müddətdə onun harda saxlanıldığı barədə heç bir məlumat verilmir.
İnterpress.az