Sandıqdakı pullar ərzağa xərclənirbackend

Sandıqdakı pullar ərzağa xərclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, digər 20% daha ucuz mallar almağa başlayıb. Bu nəticələr Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi rəy sorğusunda əldə olunub.

Hər altıncı rusiyalı bunu 6 ay öncədən etməyə başlayıb. Hər beş nəfərdən biri isə 6 aydan əvvəl ucuz mallarla kifayətlənib. Rəyi soruşulanlardan 39%-i ərzağı dükandan alır, 33%-i isə tərəvəz və meyvəni özü yetişdirir.

Araşdırma göstərib ki, respondentlərin üçdə biri daha yüksək maaşlı iş axtarır. Bir o qədəri də topladığı pulu gündəlik tələbat mallarına xərcləməyə məcbur olub.
25%-i yaxınlardan borc pul alır, 22%-i isə banklara kredit üçün müraciət edib. 13% respondent pullarını valyutaya çevirib saxlayır. 11%-i isə qiymətli əşyalarını və hətta şəxsi əşyalarını belə satır.

İnterpress.az