İnterpress.az xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyi onun ölümü ilə bağlı məlumatları dəqiqləşdirir.
Onun cəsədi yaşadığı mənzirdə tapılıb. Onun üzərində Rusiya vətəndaşı Amazbey Şakirovun adına saxta pasport olub.
Cəsədin üzərində fiziki zorakılıq əlamətləri olduğuna dair məlumatlar var.
Xatırladaq ki, Anapiyayev uzun illər Birləşmiş Ərəb Əmirliklərində yaşayıb. 2012-ci ildə ABŞ onun adını qırğız “qanuni oğru” Kamçı Kolbayevlə birlikdə “qara siyahı”ya salıb.
Anapiyayev 2011-ci ildə beynəlxalq axtarışa verilib. O, qiyabi olaraq adam oğruluğu, quldurluq, soyğunçuluqda ittiham edilib. Qanqster həmçinin Qırğızıstan Prezident Administrasiyasının keçmiş rəhbəri Mədət Sadırkulovun ölümündə də təqsirləndirilir.
Məlumat üçün bildirək ki, Anapiyayevin bəzi azərbaycanlı “oğru”larla da yaxşı münasibətdə olduğu və Orta Asiya respublikalarında onların tapşırıqlarını yerinə yetirdiyi vurğulanır.
İnterpress.az