İraqda 1700 rusiyalı döyüşürbackend

İraqda 1700 rusiyalı döyüşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Vaşinqtona səfərdən qayıdan Rusiyanın Federal Təhqiqatlar Bürosunun direktoru Aleksandr Bortnikov deyib. O, ABŞ-da keçirilən ektremizə qarşı mübarizə sammitində iştirak edib.

Bortnikovun sözlərinə görə, rusiyalı silahlıların sayının artması və onların vətənə dönmə perspektivləri dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanlarında narahatlıq yaradır: “Biz başa düşürük ki, getmələrin qarşısını almaq lazımdır. Digər tərəfdən geri qayıdanlara da imkan verməməliyik ki, ektremist görüşləriylə burada da terror aksiyaları həyata keçirsinlər”.

Jurnalistlərin “Bəzi ölkələrə səyahət yasağı qoyula bilərmi?” sualını FTB direktoru belə cavablandırıb: “Bəzi Avropa ölkələri münaqişə zonalarına gedənlərin pasportlarını alır. Bundan əlavə həmin şəxslərin vətəndaşlıqdan və təəbəlikdən çıxarılması məsələləri də var. Ehtimal olunur ki, bu cür radikal addımlar vətəndaşları terrorçu qruplaşmalara qoşulmağa sövq edə bilər. Əsas odur ki, gedişlərin motivi araşdırılmalı və qabaqlayıcı tədbirlər görülməlidir”.

İnterpress.az