Qadın məsləhətxanasında ölüm hadisəsi baş veribbackend

Qadın məsləhətxanasında ölüm hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Xətai rayonu Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı Qadın Məsləhətxanasında qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günəş Cəmil qızı Ustayeva abort olunmaq üçün qadın məsləhətxanasına gəlib. G.Ustayeva abort masasına çıxmamış dünyasını dəyişib.

İlkin məlumata görə, G. Ustayeva üzərində abort keçirilməsinə anası tərəfindən məcbur edilsə də, son anda buna razı olmayıb.

10 saylı Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənova APA-ya Günəş Ustayevanın qadın məsləhətxanasında ölməsi faktını təsdiqləyib: ”Prokurorluq əməkdaşlarl hazırda poliklinikadadır. Həmin qadın burda xəstəlik tarixçəsi açdırandan sonra
qəflətən ölüb. Qadına bizim tərəfimizdən heç bir müdaxilə olunmayıb. Hadisə 15 dəqiqə bundan qabaq olduğuna görə, bizdə başqa məlumat yoxdur”.

İnterpress.az