Bakıda turizm yarmarkası keçiriləcəkbackend

Bakıda turizm yarmarkası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasıının təqdim etdiyi və 8 saat davam edəcək bu böyük tədbir proqramına Mirzə Ələkbər Sabir Fondu da maraqlı bir təkliflə qatılmışdır.

Tədbirin keçırıldıyi tarix – 21 fevral artıq 16 ildir ki, Beynəlxalq ana dili günü kimi qeyd olunur. Fəaliyyətində milli dəyərlərin qorunmasına geniş yer verən Mirzə Ələkbər Sabir Fondu son illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini uğurla həyata keçirir. Dahi şairin adını daşıyan Fondun təklifi ilə mənəvi dəyərlərimizin daha bir gözəl nümunəsi olan milli geyimimizin təbliği də bu tədbirin həsr olunduğu mövzular sırasına daxil edilmişdir. Bir qədər əvvəl Fondun prezidenti Sevda Tahirli təşəbbüs göstərərək milli geyim mövzusunu İctimai Televizyada “Müzakirə vaxtı”verilişində geniş müzakirəyə çıxarmışdır. İdeya rəhbəri ilə yanaşı, təşkilatçıların və dəvət almış qonaqların da milli geyimdə qatılacaqları bu tədbirin əsas məqsədi milli geyimimizin təbliği, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli dəyərlərimizə bağlılığının möhkəmlənməsi, ona sevgisinin daha da dərinləşməsini aşılamağa xidmət edir.

7 təqdimat blokundan ibarət olan tədbirin 1 saatlıq bloku Mirzə ƏIəkbər Sabir fondu üçün ayrılmışdır. Bu blokda milli dilimiz və milli geyimimizlə bağlı söhbətlər ediləcək, müxtəlif musiqi nömrələri təqdim olunacaq, ana dilimizlə bağlı müsabiqələr, əyləncəli viktorinalar keçiriləcək, qaliblər mükafatlandırılacaqdır. Tədbir təşkilatçılarının geyimi Milli geyimin təbliğində həmfikir olduğumuz modelyer dizayner Gülnarə Xəlilovanın kolleksiyasındandır.

İnterpress.az