İlkin ehtimala əsasən, yanğın binanın 50-ci mərtəbəsində başlayıb.
Güclü küləyin əsməsi nəticəsində alov binanın fasadının 300 metrdən çox sahəsini əhatə edib. Binadan 1 000 nəfərin evakuasiya edildiyi bildirilir. Ölən və yaxud xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, “Torch Tower” 2011-ci ildə inşa edilib, onun hündürlüyü isə 336 metr təşkil edir.
İnterpress.az