İnterpress.az xəbər verir ki, İtalyan konditerləri dünyanın ən böyük şokalad plitkası hazırlayıblar.
İtaliyanın Paviya əyalətinin Sannadzaro-de Burqondi şəhərindən olan 3 konditerin Burqund Karnavalı üçün hazırladığı şokolad plitkasının uzunluğu 49,26 metr olub.
Bu meqa-şokolad dünyada ən böyüyü sayılıb və Ginnesinin rekordlar kitabına salınıb. Plitkanın hazırlanması üçün 51 kiloqram qara şokoladdan istifadə olunub.
Meqa-şokolad şəhərin meri Covanni maci tərəfindən ölçülüb. Sonra isə qonaqlar arasında bölünüb. Sannadzaro-de Burqondi şəhərində əvvəllər başqa kulinariya rekordları da vurulub. Misal üçün ən ağı karnaval peçenyesi (chiachhere).
İnterpress.az