Hadisə fevralın 22-də saat 05.00 radələrində rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Naməlum şəxs həmin məntəqənin operatoru işləyən, rayonun Ərçivan qəsəbə sakini, 52 yaşlı İltifat Höccət oğlu Quliyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İltifat Quliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Hazırda qətl hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. ( apa )
İnterpress.az