Bununla bağlı “Nəzarət kitabçası” haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərar qəbul edilib.
“Nəzarət kitabçası” haqqında Əsasnamə”yə əsasən indiyə qədər vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi haqda “Nəzarət kitabçası”nda müvafiq qeydlər edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunub və nümayəndəyə təqdim edilib. Nazirlər Kabineti tərəfindən “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən Əsasnamədəki bu müddəalar ləğv edilib. Bununla da vergi orqanları istisna olmaqla, sahibkarlıq orqanlarında digər dövlət orqanları yoxlama apararkən bu yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin də mütləq iştirak etməli olması barədə tələb qüvvədən düşüb. ( trend.az )
İnterpress.az