Qubanın bəzi ucqar dağ kəndlərinə gedən yollar bağlanıbbackend

Qubanın bəzi ucqar dağ kəndlərinə gedən yollar bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xınalıq, Buduq, Zeyid, Haput, Əlik və Cek kəndlərinə gedən yollar bağlanıb. Quba rayon 6 saylı Yol İstismar İdarəsindən APA-nın yeli bürosuna verilən məlumata görə, Xınalıq yolunda hazırda hərəkəti təmin etmək üçün texnika işləyir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, fevralın 22-si səhər saatlarına olan məlumata görə, ən çox yağıntı Qubanın Təngəaltı kəndinə düşüb.

Burada qarın hündürlüyü 40 sm-dir.

Qarın qalınlığı Quba şəhərində 19 sm, Susayda 38 sm, Rükdə 35 sm, Xınalıqda 22 sm-dir.

Ən aşağı temperatur Xınalıqda qeydə alınıb. Burda mənfi 13 dərəcə şaxtanın olduğu bildirilir.

İnterpress.az