Qiymət artımı ilə bağlı aksiya baş tutmadıbackend

Qiymət artımı ilə bağlı aksiya baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 15 gənc fəal toplaşıb, ancaq onlara əlavə etirazçı qoşulmadığından dağılışıblar.

«Facebook» sosial şəbəkəsində aksiya üçün yaradılmış səhifəyə (event) 2 saat ərzində 100 nəfər qoşulsa da, aksiyaya gələn olmayıb. Tədbirdə «Qiymət qalxdı, sən də qalx!» şüarı səslənməliydi.

Təşkilatçılar insanların öz taleyinə biganə olduqlarını, «görünür, qiymət artımından razı qaldıqlarını» söyləyiblər. Gənc fəallar yenə də aksiyaya cəhd edəcəklərini bildiriblər.

Fevralın 21-də Mərkəzi Bank milli valyutanı 33 faiz ucuzlaşdırıb. Bundan dərhal sonra ölkə ərazisində bəzi mağazalarda məhsul satışı dayandırılıb. Bazar günü- fevralın 22-də isə istehlak mallarının qiymətində artım müşahidə olunub.

İnterpress.az