Manikqanc vilayət polisinin nümayəndəsi Rakibuz Zamanın sözlərinə görə, itkiləri sayı arta bilər.
İnterpress.az xəbər verir ki, “Nərgiz-1” bərəsinin batmasına həddindən artıq yüklənməsi səbəb olub. Gəmidə olan 60 sərnişin sahilə çıxa bilib. Bərə 85 nəfər üçün nəzərdə tutulsa da, içəridə 200 nəfər olub.
Zabit bildirib ki, 65 nəfərdən 30-nun şəxsiyyəti müəyyənləşdirilib. Batmış bərə xüsusi texnikayla sahilə çıxarılıb.
İnterpress.az