İnterpress.az xəbər verir ki, kitabxananın direktoru üçmərtəbəli binada yanğın çıxdığını bildirib. Kitabxananın həyətində silahlılar qədim əlyazmalardan tonqal qurublar. Məhv edilən əsərlər arasında tarixə, fəlsəfəyə və mədəniyyətə aid nadir, çox qiymətli əlyazmalar olub. Terrorçular fikirlərini bununla əsaslandırıblar ki, kitablar islama yad fikirlər yayıb.
Bu arada Anbar Vilayət Şurasının üzvü Adal əl-Fəhdaui bildirib ki, terrorçular son həftədə bir neçə kitabxananı da dağıdıblar. Nəticədə də 100 mindən çox kitab məhv edilib.
İnterpress.az