İnterpress.az “The telegraph”a istinadən bildirir ki, Respublika Meydanında şəkil və güllərdən improvizə olunmuş abidə son iki həftə ərzində dörd dəfə hücuma məruz qalıb. Ölən jurnalistlərin xatirəsini yaşatmaq üçün yaradılan qrupun rəhbəri Sabrina Deliri “Əvvəllər sadəcə korlayırdılarsa, bu dəfə tamamilə dağıdıblar” deyə bildirib.
Baş verən faktla bağlı fəallar polisə müraciət ediblər.
Xatırladaq ki, yanvarın 7-də bir qrup silahlı Parisdə satirik jurnal “Chalie hebdo”nun redaksiyasına hücum edərək 12 nəfəri öldürüb, 11 nəfəri isə yaralayıb. Səid və Kuşan qardaşları bir neçə gün sonra əməliyyat nəticəsində öldürülüblər. Üçüncü şübhəli isə polisə təslim olub. Terrorçular özlərini ”Əl-Qaidə” üzvü kimi təqdim etmişdilər.
İnterpress.az