Qəbələdə zəlzələ saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.
Şəmkirdə isə zəlzələ saat 12:04-də Şəmkir rayonu ərazisində Gəncədən 31 km şimali-qərbdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.
İnterpress.az