Hindistanda sirli XƏSTƏLİK: 16 yaşlı yeniyetmə 5 ildir göldə YAŞAYIRbackend

Hindistanda sirli XƏSTƏLİK: 16 yaşlı yeniyetmə 5 ildir göldə YAŞAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda naməlum xəstəliyə tutulan 16 yaşlı yeniyetmə 5 ildir göldə yaşayır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanda yaşayan 16 yaşlı yeniyetmə dərisindəki dözülməz göynəmə və yanğı hissi ilə mübarizə aparmaq üçün gününün böyük hissəsini gölməçədə keçirir.

Həkimlər artıq bir neçə ildir ki, elmə məlum olmayan bu sirli xəstəliyin dəqiq səbəbini və diaqnozunu müəyyən edə bilmirlər.

Yeniyetmənin ailəsi kömək üçün müxtəlif xəstəxanalara, hətta xalq təbiblərinə müraciət etsə də, heç bir müsbət irəliləyiş əldə olunmayıb.

Dərisindəki şiddətli yanğı hissini yalnız soyuq su vasitəsilə azalda bilən oğlan gününün çox hissəsini gölməçənin sərin suyuna qərq olmuş vəziyyətdə keçirməyə məcbur olur.

Xuraman Etibarlı

İnterpress.az