İrandan Rusiyaya yeni raket təklifibackend

İrandan Rusiyaya yeni raket təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nüvə proqramına görə embarqo tətbiqindən sonra Moskva beynəlxalq reaksiyalardan çəkinərək müqavilənin icrasını dayandırıb.
Rusiyanın “Rostex” dövlət qurumunun rəhbəri Sergey Çemezov Əbu-Dabidə təşkil olunan müdafiə sərgisində verdiyi açıqlamada deyib ki, artıq “S-300”lə istehsal olunmur: “İrana “Antey 2500” təklif etdik. Onlar da bizim təkifimizi müzakirə edirlər. Hələlik yekun qərar verilməyib”.

İran bundan əvvəl Rusiyanın təklif etdiyi raketdən müdafiə sistemi olan “Tor”u rədd etmişdi. İranın Müdafiə Nazirliyi və Kosmik İnstitutu Rusiyanın silah ixrac edən şirkəti “Rosoboroneksport” əleyhinə Cenevrədəki beynəlxalq məhkəmədə 4 milyard dollarlıq iddia qaldırmışdı. İranlı rəsmilər bildiriblər ki, Rusiya müqavilənin şərtlərini yerinə yetirsə, məhkəmə iddialarından əl çəkəcəklər.

İnterpress.az