İnterpress.az xəbər verir ki, iddialara görə Şəkər İstehsalçıları Dərnəyi tərəfindən işlədilən şəkər zavodundan Liberal Demokrat Partiyaya 1 milyon yen (8500 dollar) ianə verilib.
Nazir və digər hökumət üzvləri adıçəkilən ianənin geri verildiyini açıqlayıb. Nişikava mətbuata bildirib ki, vəziyyəti nə qədər açıqlasa da, insanlar onu başa düşmürlər: “Qanuna zidd heç nə yoxdur. Ancaq insanlar bundan imicimi ləkələmək üçün istifadə edirlər”.
Baş nazir Şinzo Abe isə nazirin istefa etməməsi üçün israr etdiyini, ancaq sonunda istefanı qəbul etməli olduğunu bildirib.
İnterpress.az