İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Duzdağ qəsəbəsində vətəndaşa məxsus \”OPEL\” markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri və 2 ədəd qabaq təkərləri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az