Keçmiş nazirlərin gizli videosu ölkəni qarışdırdı – VİDEObackend

Keçmiş nazirlərin gizli videosu ölkəni qarışdırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, hazırda deputat olan hər iki şəxsin müəyyən məbləğ qarşılığında deputat nüfuzundan istifadə etdiyi məlum olub. Gizli kamera ilə çəkilmiş görüntüləri yayıldıqdan dərhal sonra kəskin etirazlar başlayıb.

Məsələ burasındadır ki, jurnalistlər özlərini Honq-Konqda fəaliyyət göstərən agentliyin nümayəndəsi kimi təqdim edərək 12 deputatla əlaqə yaradıb. Agentlik ingiltərəli siyasətçilərdən istifadə imkanlarını araşdırmaq üçün onları görüşə dəvət edib. Dəvəti ancaq İşçi Partiyasının üzvü Cek Strav və Mühafizəkar Partiyadan olan Malkolm Rikfinq qəbul edib. Bundan sonra jurnalistlər hər iki şəxslə “bazarlığa” başlayıblar. Bazarlıq gizli kamera ilə çəkilib. Strav yaxalanmadan hərəkət etdiyini və ona ildə 60 min sterlinq ödəyən bir şirkətin mənafeyi üçün bəzi qanunları dəyişdirmək istiqamətində öz nüfuzundan istifadə etdiyini bildirib. Nazir bir çıxış üçün 5 min sterlinq pul tələb edib.

Malkolm Fifkinq də görüşdə “Mən öz hesabıma işləyirəm. Mənə heç kəs pul ödəmir. Pulumu qazanmalıyam. Nə qədər boş zamanım olduğunu bilsəniz təəccüblənərsiniz” deyə bildirib. O, yarım iş günü üçün bir bankın ona 5 -8 min sterlinq ödədiyini bildirib.

Görüntülər yayıldıqdan sonra hər iki şəxs bundan utandıqlarını, tələyə düşdüklərini bildirib.

Qalmaqala ölkənin baş naziri Devid Kameron da münasibət bildirib. O, “Bunlar çox ciddi iddialardır. Bu ölkənin qanunları var” deyə vurğulayıb.


İnterpress.az