İnterpress.az xəbər verir ki, Əfqanıstanın cənub şərqindəki Zabul əyalətində 30 insan naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Silahlı şəxslərin İŞİD üzvləri olduğu iddia edilir. Zabul vilayətinin rəsmilərinin sözlərinə görə dünən yerli vaxtla 15:30-da naməlum 15 silahlı adam Qəndahardan paytaxt Kabula gedən avtobusu vilayətin ərazisində saxlayıb və orada olan 30 nəfəri qaçırdıblar. Qaçırılan şəxslərin çoxu şiə və İrandan Əfqanıstana qayıdan qaçqınlar olduğu deyilir. Yerli rəsmilər bildiriblər ki, qaçıran şəxslər “Taliban” üzvləri olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər qara paltarda olub və yerli dildə danışmayıblar.
İnsanları qaçıranların İŞİD-çilər olduğundan şübhələnilir. Yerli bələdiyyə sədri Eyubinin açıqlamasına görə, qaçırılanlar arasında qadın və uşaqlar olmayıb. “İndiyə qədər “Taliban” dəfələrlə avtobusu saxlayıb axtarışlar aparıb. Ancaq heç kimi aparmırdı. Amma bu hadisə fərqlidir. Çünki İŞİD-ın hədəflərindən biri şiələri öldürməkdir. Qaçırılanların da çoxu şiədir”. Baş verən hadisəylə əlaqədar isə “Taliban” heç bir açıqlama verməyib.
İnterpress.az