Həbsxanada dəhşət: Uşaqlar zorlanırbackend

Həbsxanada dəhşət: Uşaqlar zorlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində yerləşən uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş həbsxananın daxilində məhkumların bir-birilərinə işgəncə verdikləri ortaya çıxıb.

Həbsxana müdiri Hamit Karslıoğlunun imzası olan daxili yazışmalarda dəhşətli faktlar ortaya çıxıb. Sənədlərə görə həbsxanada olan zəif uşaqlar güclü uşaqlar tərəfindən cinsi istismara məruz qalıb. Zorlama maddəsiylə həbsə düşənlər orada da kiçiklərə qarşı hərəkətlərini davam etdiriblər. Özü də bunu dəfələrlə, hətta qrup halında da ediblər.

Bundan əlavə anus dəliyindən bədənə şlanq yeridib nə qədər içəri girəcək deyə mərcə giriblər. Metal çay qaşığını dörd yerə bölüb uddurublar. Həbsxana nəzarətçiləri uşaqlara qadağan olunan emtian maddəsinin içəri girməsinə imkan yaradıblar.

Sənəd 2014-cü ilin dekabrın 2-sində tərtib edilib. Həbsxana daxilindəki işgəncələrdən bəziləri bunlardır:

-Uşaq kamerasındakı iki uşağın yeməkdən sonra metal çay qaşığını udub udmayacağı barədə mərcə giriblər. Sonra qaşığı dörd yerə bölüb çörəyin arasında uddurublar.

-Xəstəxanaya getmək üçün yuyucu toz içib intihar rolu oynayıblar. Sonra da həbsxana işçilərinin təlaşına baxıb gülüblər.

-Sakitləşdirici dərman istifadə edən uşaq həmin dərmanı daha sonra qusaraq çıxardıb və digər uşaqlara satıb. Bu dərmanlardan kiçik uşaqların yeməklərinə qatıb onların qeyri-adi hərəkətlərinə tamaşa edib gülüblər.

-Sidiklərini kola və digər içkilərlə qarışdırıb zəif uşaqlara zorla içirdiblər.

-Xəstəxanaya getmək üçün şüşə ilə özlərini kəsiblər.

-Zəif uşaqlar dəfələrlə zorlanıb.

İnterpress.az