İnterpress.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da daxil bir çox adamın danışıqlarının qulaq asılıb yazılmasıyla bağlı tədqiqatda adı keçən Fəthullah Gülən və Əmrə Uslu haqqında həbs qərarı çıxarılıb.
İstintaq tədbirləri çərçivəsində artıq yüzə yaxın polis saxlanılıb və içində yüksək rütbəli polislərin olduğu 26 nəfər həbs olunub. Cinayət işində bir nömrəli şübhəli Gülən, ikinci adam isə Əmrə Uslu göstərilir.
İstanbul baş prokuroru İrfan Fidan dünən Fətullah Gülən və Əmrə Uslu haqqında həbs qərarı çıxarılmasını tələb etmişdi. Bu gün İstanbuldakı Sülh Cəza Məhkəməsi prokurorun iddiasını təmin edib.
Qeyd edək ki, məhkəmənin bu qərarıyla Fətullah Gülən haqqında ikinci dəfə həbs qərarı çıxarılıb.
Bundan əvvəl “Tahşiyə qrupuna qarşı edilən əməliyyata tələ qurulduğu” iddiasıyla həbs qəti imkan tədbiri seçilmişdi.
Interpress.az