Baş prokuror Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüşübbackend

Baş prokuror Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, Z. Qaralov Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, şəffaflığın təmin edilməsi barədə ətraflı danışıb.

Ölkədə korrupsiyaya qarşı geniş miqyaslı mübarizə aparıldığını bildirən Z. Qaralov Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulayıb, həmçinin “ASAN xidmət\” mərkəzlərinin səmərəli fəaliyyətini qeyd edib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilərək ötən il ərzində bu sahədə iki mötəbər beynəlxalq tədbirin Bakıda keçirildiyini bildirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Stavros Lambrinidis Azərbaycana səfəri çərçivəsində bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu deyən qonaq Avropa İttifaqının Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu söyləyib.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard və digər rəsmi şəxslər iştirak ediblər.

İnterpress.az