Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev açıqlamasında bildirib ki, məsələnin həlli istiqamətində artıq tədbir görülüb:
“Firmalar tərəfindən dərmanların satış qiymətinin artırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatların satış qiyməti əvvəlki vəziyyətə qaytarılıb”.
Qeyd edək ki, manatın məzənnə dəyişikliyindən sonra ölkənin ən böyük dərman deposu olan Avromed şirkəti də daxil olmaqla, bütün firmaların dərmanların qiymətini bahalaşdırdığı haqqında xəbərlər yayılmışdı. Depolardan apteklərə çıxan dərmanların qiymətində 24 faiz artım olduğu bildirilirdi.
İnterpress.az