Məlumatlara görə, əməliyyat təkcə İstanbulda yox, eyni zamanda Türkiyənin 20 vilayətində keçirilib. Qanunsuz telefon dinləmələriylə bağlı aparılan istintaq tədbirləri çərçivəsində aparılan əməliyyatda barəsində həbs qərarı çıxarılan 54 nəfərdən 35-i saxlanılıb.
Hökumətin “paralel yapı” adlandırdığı camaatın polisdəki qruplaşmasının aşkara çıxarılması məqsədilə aparılan cinayət işinə görə Fətullah Gülən barəsində də həbs qərarı çıxarılıb.
***
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saat 6-da əməliyyatın keçirildiyi ərazilər arasında Bəyoğlu, Halıcıoğlu məhəllələri, Erənler Təkkəsi küçəsi də var.
Əməliyyatdan dərhal sonra xüsusi təyinatlılar ərazidən uzaqlaşıb. Polislər isə əməliyyat keçirilən ünvanlarda axtarışları davam etdirib. Əməliyyatın təfərrüatı barədə hələlik məlumat verilmir.
Bununla belə bəzi mənbələr bunun Gülən camaatı ilə əlaqəli ola biləcəyini istisna etmir.
İnterpress.az