İnterpress.az xəbər verir ki, bu iddia ilə “Reuters” çıxış edib. Məlumata görə, 2014-cü ilin mart ayından bəri İrana 1 milyard dollar qaçırılıb.
Qanuni olmayan bu pul köçürməsində İran Mərkəzi Bankı da xüsusi rol oynayıb. Pullar İrana Dubay və Türkiyədən olan uçuşlardan istifadə edən kuryerlər tərəfindən çemodanla aparılıb.
Bunun üçün İran-İraq sərhədindən də istifadə edilib.
Qalmaqallı iddia ilə bağlı hələlik Türkiyə rəsmiləri heç bir açıqlama verməyib. İran Mərkəzi Bankı və Birləşmiş Ərəb Əmirliklərindən də heç bir açıqlama verilməyib.
Pulları İrana aparan şəxslər əsasən biznes klass və ya first klassdan istifadə ediblər.
İnterpress.az