İnterpress.az xəbər verir ki, bunu baş ofisi İsveçrədə yerləşən sərvət idarəetmə şirkəti “Gigant Swiss Consulting AG”nin (GSC) rəhbəri Özcan Yıldız bildirib.
Bunun müxtəlif səbəblərinin olduğunu deyən Yıldız “İsveçrə kiçik ölkə olsa da, güclü pul vahidi, sabit bir iqtisadiyyatı və sabit siyasi quruluşu var. İsveçrənin geopolitik vəziyyəti, Avropanın mərkəzində olması və bank gizliliyi bu əsaslardan biridir” deyə söyləyib.
Yıldız deyib ki, İsveçrədə çirkli pullara qarşı qanun olduğu üçün bəzi insanlar artıq pul yatıra bilmirlər: “Rusiyadan elə iş adamları var ki, İsveçrədə banklara pul qoymaq istəyirlər. Amma gəlirlərin mənbəyini tam göstərə bilmədikləri üçün banklar bu vəsaiti qəbul etmir”.
İnterpress.az