FT : Aİ Rusiyadan uzaqlaşmaq üçün Azərbaycana üz tutacaqbackend

FT : Aİ Rusiyadan uzaqlaşmaq üçün Azərbaycana üz tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzetə göstərilən sənəd layihələrində deyilir ki, Avropa İttifaqı Azərbaycan, Türkmənistan və Əlcəzair kimi ölkələrlə \”strateji enerji tərəfdaşlıqları yaratmaq üçün bütün xarici siyasət alətlərindən istifadə etmək\” niyyətindədir.

Rusiya Avropa üçün \”mühüm təchizatçı olaraq qalacaq\” lakin onun nüfuzu azalacaq, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse prezidenti Maros Sefcovic qəzetə bildirib.

Eyni zamanda cənab Sefcovic deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqında enerji ilə bağlı bürokratiyanın azaldılması barədə danışıqlar aparıb.
\”Bunun əsas prioritet olması barədə, bizim siyasət və tənzimləmə baxımından hər bir yardım göstərməyə hazır olmağımız barədə investorlara siyasi arxayınlıq vermək çox vacibdir\”, Avropa Komissiyasının rəsmisi deyir.

Ukraynanın şərqindəki münaqişəyə görə Avropa ilə Rusiya arasında münasibətlər gərginləşib. Qərb Rusiyanı Ukraynada döyüşən üsyançıları silah və əsgərlə təchiz etməkdə ittiham edir lakin Rusiya bu ittihamları rədd edir.

2013-cü ilin rəqəmlərinə əsaən, Avropa qazının 27 faizini Rusiyadan alır.

Azərbaycandan İtaliyaya qaz nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ilədək Avropanı 10 milyard kubmetr qazla təmin edəcək.

İnterpress.az