Onlar Ermənistan İstintaq Komitəsindən və Baş Prokurorluğundan qətldə şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun Ermənistan ədliyyə orqanlarına verilməsini tələb edirlər.
“Artıq 40 gündən çox vaxt keçib, lakin qətllə bağlı heç bir suala cavab verilməyib. Mən hələ də valideynlərimin, qardaşımın və bacımın – bütün ailə üzvlərimin nə üçün, kim və ya kimlər tərəfindən öldürüldüyünü bilmirəm”, – qətlə yetirilən ailənin qızı Lusine Avetisyan çərşənbə günü jurnalistlərə deyib.
Bir gün bundan əvvəl Avetisyan ailəsinin qohumları Gümridə Şirak vilayət prokurorunun kabinetinə toplaşaraq tələb etmişdilər ki, baş prokuror Gevorq Kostanyanı gəlib onların suallarına cavab versin.
Baş prokuror həmin gün Rusiya Baş Prokurorluğuna təqdim etdiyi “cinayət işinin icrasını Ermənistan tərəfinə vermək” haqqında müraciətinə cavab aldığını bəyan edib. Rusiya tərəfi hələ məsələni öyrəndiyini bildirib.
Vəsatətçi tərəf tanınan Avetisyanın qohumları xüsusilə tibbi və ballistika məhkəmə ekspertizasının nəticələrini gözləyirlər.
Avetisyan ailəsinin qohumları əmindirlər ki, şübhəli bilinən Valeri Permyakov Ermənistan tərəfinə verilməsə, cinayət açılmayacaq.
“Biz səbəbini bilsək, doğurdanmı bunu Permyakov etdiyini bilsək, rahat olarıq. Biz onu tanımırıq, görməmişik… Bəlkə onun heç günahı da yoxdur, tutub saxlayırlar”, – deyə qohumlardan Anahit Avetisyan hadisə yerindən heç nə oğurlanmadığını vurğulayıb.
Qohumlar Permyakovun üstündə tutulan 3 ədəd mobil telefonların ikisi Avetisyan ailəsinə məxsus olduğunu bildiriblər.
Qətldən bir ay yarım sonra da Avetisyanların Myasnikyan 188 ünvanındakı evinin qapısı möhürlüdür, ibtidai istintaq başa çatmayıb
Qohumlar qısa müddətdə “ağlabatan məlumat” verilməsə, müxtəlif “qəti tədbirlərə” baş vurmaq fikrindədirlər, lakin hələ addımlarını dəqiqləşdirməyiblər.
“Bu iki gündə biz birlikdə bu barədə düşünərik”, – Lusinen həyat yoldaşı Yeqor Adamyan dedi.
Yanvarın 12-də Gümridə yaşayan Avetisyanlar ailəsinin 6 üzvü öldürülüb. Hadisə zamanı yaralanmış 6 aylıq körpə bir həftə sonra xəstəxanada ölüb.
Qətllərdə 102 saylı Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov ittiham olunur. O, deyilənə görə, Ermənistan-Türkiyə sərhədində xidmət edən Rusiya sərhədçiləri tərəfindən sərhədi keçmək istəyəndə saxlanılıb və Rusiya hərbi bazasına ötürülüb.
İnterpress.az