“Əl-Qaidə”nın terror planı ələ keçirildibackend

“Əl-Qaidə”nın terror planı ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Reuters” agentliyinə istinadən bildirir ki, 2011-ci ildə öldürülən Üsama bin Ladenin Pakistanda yaşadığı evdə tapılan sənədlərdə bu barədə qeydlər var.

Materiallar fevralın 25-də pakistanlı Abid Nasirin məhkəmə prosesində təqdim olunub. Abid Nasir Nyu-York metrosunda və İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində törədilən terror hadisələrində günahlandırılır.

Prokurorluğun əldə etdiyi, Bin Ladenin adına yazılan məktubda “Əl-Qaidə üzvlərinin Rusiyada qaz kəmərlərinə və ABŞ səfirliyinə qarşı terror hücumu hazırlamaq üçün bu ölkəyə göndərilməsindən bəhs edilir. Məktubda həmçinin Britaniyadakı “bəzi hədəflərə” hücumlar da qeyd olunub. Məktubun müəllifi və yazıldığı tarix açıqlanmır.

İnterpress.az