Amerikalı general: “Ukraynadakı münaqişə qlobaldır”backend

Amerikalı general: “Ukraynadakı münaqişə qlobaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı, amerikalı general Filip Bridlav bəyan edib. “Keçən ilə nisbətən Avropa təhlükəsizlik məsələsində yeni vəziyyətlə qarşılaşır. Bu, regional yox, qlobal çağırışdır” deyə o, vurğulayıb.

Generalın sözlərinə görə, Rusiya artilleriyasının Ukrayna sərhədini keçməsi barədə dəqiq sübutlar var: “Münaqişə başlayandan Rusiyanın mindən çox ağır texnikası sərhədi keçib. Onlar Ukrayna ordusuna qarşı istifadə olunub”.

Bridlav deyib ki, münaqişə zonasında görünənlər Rusiyanın revanşizmidir: “Rusiya beynəlxalq qanunlarla oynamır və onlara riayət etmir. Onun hərəkətləri qonşu ölkələrdəki vəziyyəti destabilizasiya edir”.

İnterpress.az