İnterpress.az xəbər verir ki, bu barədə Fillipin ordusunun polkovniki Harold Habunok bildirib.
Onun məlumatına görə, qanlı döyüşlər dünən Sulu vilayətinin Patikul yaşayış məntəqəsində başlayıb. Ərazini gəzən ordu 300 üsyançıdan ibarət dəstəyə rast gəlib.
Toqquşmada 2 əsgər ölüb, 14 nəfər yaralanıb.
Üsyançıların itkiləri isə 14 nəfər olub, 19-u da yaralanıb. Hazırda ordu aviasiyasının dəstəyi ilə cəngəllikdə gizlənmiş silahlıların axtarışı gedir.
İnterpress.az