İnterpress.az xəbər verir ki, bundan əvvəl də İran hakimiyyəti iqtisadi əlaqələri artırmaq məqsədilə İraq, Suriya, Qətər, BƏƏ və Çinlə birgə toplantılar keçirib.
İran və Türkiyə ortaq ticarət görüşündə Türkiyənin regional və beynəlxalq ticarətdə mövqeyi, iki ölkə arasında imzalanan ticarət müqaviləsinin yaratdığı fürsətlər, Türkiyədə İranın ticari rəqibləri, Türkiyədə alıcıların istək və gözləntiləri, İranın Türkiyəyə ixrac potensialı, hüquq ticarəti, İran məhsullarının Türkiyədə satışı, bankçılıq məsələləri və daşımacılıq kimi mövzuların müzakirə olunması gözlənilir.
İnterpress.az