“”Aliment Fondu”nun yaradılması zəruridir”backend

“”Aliment Fondu”nun yaradılması zəruridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Alimentin borclu tərəfindən ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud ödənişin yubadılması haqqında şikayətlər daha çox olub. Qeyd olunub ki, bəzən borclu tərəfin işləməməsi və yaxud onun digər gəlirlərinin müəyyən edilməməsi səbəbindən aliment borcunun ödənilməsində çətinlik yaranıb və ödənişin təmin edilməsi mümkün olmayıb.

Hesabatda bildirilib ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və alimentə təminat vasitəsi kimi ehtiyacı olan evdar qadınlar olduğunu nəzərə alaraq “Aliment Fondu”nun yaradılması (alimentin borcludan sonradan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi) mexanizminin hazırlanıb tətbiq edilməsi zəruridir.

İnterpress.az